İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejiminin Azərbaycana qarşı “hibrid müharibəsi” - DEPUTATIN YAZISI

1623 08.04.2023 16:11 Gündəm A A

Yazının ilk yayınlanma vaxtı: 09:19

“İran təranələri”nin əks-sədası...

Müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərlə regionda yeni geosiyasi reallıqlar yaratdı və dövlətimiz konturlarını daha böyük perspektivlərə yönəltdi.

Erməni faşistləri və onları himayə edənlər üzərində qazandığımız qələbə, regionun lider dövlətinə çevrilməyimiz, beynəlxalq səviyyədə nüfuzumuzun artması və Türk Dövlətləri Təşkilatı kimi yeni güc mərkəzinin formalaşmasında dövlətimizin oynadığı həlledici rol fars rejimi tərəfindən həzm edilmir və bu anormal sistem sahibləri ölkəmizə qarşı ən müxtəlif istiqamətlərdə məkrli planlarını bütün gücü ilə işə salıb.

Müstəqillik qazandığımızdan bu günədək İran molla rejimi Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa cəhdlər edir, yaratdığı geniş agentura şəbəkəsi vasitəsilə ölkəmizə davamlı böhtanlar yağdırır, təxribatlar törədir, Konstitusion quruluşumuzu devirmək və “Kərimə dövləti” yaratmaq kimi cəfəng və sərsəm fikirlərini açıq söyləməkdən belə çəkinmir.

İranla Azərbaycan arasında problem bitdimi - Prezident İlham Əliyevdən  önəmli açıqlamalar

Orta əsrlərin çürümüş qaydalarına və idarəçilik sisteminə söykənən İran həm də regionda güclənən mövqeyimizə zərbə vurmaq üçün Ermənistana hər cür dəstək verir, davamlı olaraq onu ölkəmizə qarşı hərbi avantüraya şirnikləndirir, fasiləsiz olaraq silah-sursatla təmin edir.

Rəsmi Tehran Azərbaycana qarşı təkcə informasiya müharibəsi aparmaqla kifayətlənmir, həm də təxribatlar və amansız qətllər törədir. 1997-ci ilin fevralında tarix elminin korifeylərindən biri, akademik, millət vəkili Ziya Bünyadov elmi araşdırmalarına və islam dininə fərqli münasibətinə görə İranın rəsmi dairələrinin təşkilatçılığı ilə yaratdığı şəbəkə içərisində yer alan Azərbaycan vətəndaşları tərəfindən amansızcasına qətlə yetirildi. Aparılan istintaq qətlin İran vətəndaşı Nəsrullahın rəhbərliyi altında “Vilayəti Əl-Fəqih Hizbullah” dini təşkilat tərəfindən icra edildiyi sübut olunub.

Molla rejiminin sifarişi ilə daha bir qətl 2011-ci ilin noyabrında həyata keçirildi. İstedadlı yazarlardan olan Rafiq Tağıya dini baxışlarına və xüsusi olaraq “İran və qloballaşma” məqaləsinə görə Ayətullah Fazil Lənkərani ölüm fətvası verib və yenə də onların idarə etdiyi azərbaycanlı(lar) tərəfindən çoxsaylı bıçaq zərbələrilə öldürülüb.

Son iki ildə İran rəsmiləri təhdidlərini ən yüksək səviyyəyə qaldıraraq ölkəmizlə sərhəd boyu, Azərbaycanı xəbərdar etmədən 2 dəfə hərbi təlim keçirdi, generalları və mollaları vasitəsilə ünvanımıza hədələr və hədyanlar yağdırmağa başladı.

Faktlarımız var: Tehran Bakıya qarşı müharibəyə hazırlaşır – Şok - Editor.az

Nəhayət, daha bir neçə terror aktına imza atdı. Tehrandakı səfirliyimizə vəhşicəsinə basqını təşkil etdi, səfirliyimizin bir əməkdaşı qətlə yetirildi, iki nəfər yaralandı. Ardınca İran fars-molla rejimini kəskin tənqid edən, onun yaratdığı şəbəkəyə qarşı prinsipial mübarizə aparan, aydın mövqe nümayiş etdirən millət vəkili, Böyük Quruluş Partiyasının sədri, tanınmış siyasətçilərimizdən olan Fazil Mustafa dini radikal qruplaşma tərəfindən Kalaşnikov avtomatı ilə hədəfə alındı. Lakin Uca Yaradan onu şeytan əməllərinə xidmət edənlərin niyyətlərindən qorudu.

Hacı Şahinin qəfil ölümü, “Bravo” supermarketində törədilən terrorda da İranın izləri üçün kifayət qədər şübhələr var.

İranın ölkəmizə qarşı “hibrid müharibəsi”ndə dövlətimizə, cənab Prezidentə, güc strukturlarına, siyasətçilərə, yazarlarımıza, tanınmış media nümayəndələrinə yönələn hücumlar da yer alır. Niyyət - respublikamızda sabitliyi pozmaq, dövlətlə xalq arasında inamsızlıq toxumlarını səpib onu cücərtməkdir. Yüksək intellekti, diplomatik məharəti, dürüstlüyü, məsuliyyətliliyi və qətiyyəti ilə dünyanı heyran edən, bəşəriyyətə əhəmiyyətli və təkrarsız töhfələr verən Prezident İlham Əliyev haqqında böhtan və iftiraları dövlət siyasətinə çevirən rəsmi Tehran Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətini də hədəfə almağı unutmayıb. İllər uzunu külli miqdarda maliyyə vəsaiti hesabına yaratdığı və himayə etdiyi agentura şəbəkəsinin hər addımını ifşa edən DTX-yə və onun rəhbərliyinə də geniş cəbhə açıb.

DTX-dən Beyləqanda əməliyyat - Vəzifəli şəxs saxlanıldı

Ölkəsinin KİV-də, Azərbaycan sosial şəbəkələrində, Avropada məskunlaşan və İranın xüsusi xidmət orqanları tərəfindən idarə olunan antimilli ünsürlərə qədər geniş şəbəkə bu iyrənc kampaniya içərisində yer almaqda, “İran təranələri”nin əks-sədası altında qol açıb oynamaqdadılar.

İran Azərbaycanda sabitliyi pozmaqla ikinci bir Suriya və yaxud Livanda yaratdığı “Hizbullah” kimi bir güc formalaşdırmaq istəyir. Bunun üçün “Hüseynun” adlı təşkilat da formalaşdırıb. Yalançı dini ideologiya və vədlərlə İran xüsusi xidmət orqanları Azərbaycan Respublikası vətəndaşlarını müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb edib, onların fəaliyyətlərini istiqamətləndirib və həmin şəxslərdən dövlət təhlükəsizliyimizin maraqlarına zidd olan işlərdə istifadə olunub.

Cərəyan edən proseslər və reallıqlar rəsmi Tehranın terrordan dövlət siyasəti kimi istifadə etdiyini göstərir. Bütün bunların fonunda Dövlət Təhlükəsizlik Xidmətinin İran casus şəbəkəsinə yönəlik, ard-arda keçirdiyi əməliyyatlar qarşı tərəfin bütün məkrli planlarını alt-üst etməkdədir.

İranın Azərbaycana qarşı törətdiyi terrorla bağlı yeni faktlar - “Kaspi”nin  TƏHLİLİ - Oxu.az

Bu baxımdan əsası olmayan, sübuta yetməyən, daha çox kənar qüvvələr tərəfindən idarə olunma təəssüratını yaradan Bəybala Hüseynovun rəhmətlik oğlunun ruhunu narahat etdiyinin belə fərqinə varmadan DTX sədrini və Respublika Baş prokurorunu hədəfə alması düşünülmüş “hibrid nüharibəsi”nin tərkib hissəsidir.

İran fars-molla rejimi unutmamalıdır ki, onun ölkəmizə qarşı ardıcıl xarakter daşıyan düşmənçiliyi o taylı - bu taylı xalqımızın iradəsi, Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin müdrikliyi və qətiyyəti qarşısında heç bir nəticə verməyəcək və tarix, Ulu Tanrı onu törətdiyi antibəşəri cinayətlərə və əməllərə görə amansız şəkildə cəzalandıracaq. 

P.S. İran parlamentinin Azərbaycanın İsraildə səfirliyinin açılmasına “qoyduğu qadağa” sərsəmliyin ən səciyyəvi nümunəsidir. Atalar demişkən, “utanmasan, oynamağa nə var...”

Fəzail AĞAMALI,
Millət vəkili
Ana Vətən Partiyasının sədri

Fəzail Ağamalı: “8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir” -  27.12.2022, Sputnik Azərbaycan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR