İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovanın Parlament sədri Xələf Xələfov ilə görüşdü - Bu məsələlər MÜZAKİRƏ EDİLDİ FOTO

505 06.04.2023 20:27 Siyasət A A

Bu gün Moldova Respublikasının Parlamentinin sədri İqor Qrosu Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşüb.

Musavat.com xəbər verir ki, onlar ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.

Müzakirələr zamanı tərəflər son illərdə fəal ikitərəfli siyasi dialoqu yüksək qiymətləndirib, qarşıdakı dövrdə daha çox birgə layihələrin müəyyənləşdirilməsinin zəruriliyini qeyd ediblər.

Parlament sədri İqor Qrosu 2023-cü il üzrə prioritetlərdən də danışıb, Moldovanın xüsusilə kənd təsərrüfatı, enerji kimi Azərbaycanın böyük təcrübəyə malik olduğu sahələrə mümkün qədər çox sərmayə cəlb etməkdə maraqlı olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR