İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovadakı səfirimizdən TƏQDİRƏLAYİQ ADDIM: Ukrayna qaçqınları üçün İstanbula uçdu VİDEO FOTOLAR

1371 10.04.2022 11:32 Gündəm A A

"Dünən bir qismini Odessadan Moldovaya yola saldığımız Mariopol, Xarkov, Dneprdən olan 80 soydaşımız (qadınlar, uşaqlar daxil) İstanbula yola salınmışdı. Təəssüflər olsun ki, uzun sürən yolçuluqdan sonra yorğun halda İstanbul yeni hava limanına yetişən insanlarımıza gərəkən dəstək olunmadı aidiyyatı qurumlar tərəfindən".

Musavat.com xəbər verir ki, bu sözləri Odessada yaşayan soydaşımız, "Yeni Müsavat" Media Qrupunun Ukrayna təmsilçisi Anar Natiqoğlu öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, soydaşlarımıza bir az qida və xəstə olan uşaqlara tibbi dəstək lazım idi:

"Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşı Çingiz müəllimə bu barədə məlumat verdik. O isə durumu cənab səfir Qüdsi Osmanova çatdırdı. Olaydan xəbər tutan kimi gecə Bakıdan İstanbula uçan səfir hal-hazırda insanlarımızın İstanbuldan Bakıya təxliyəsi ilə məşğuldur. Səfir kimi əsl dövlət adamı, səfir, ADAM kimi adam!"

Qeyd edək ki, Anar Natiqoğlu Odessada uğurla fəaliyyət göstərən "Birlik" təşkilatının sədr müavinidir. Bu təşkilat Ukrayna müharibəsi səbəbindən çıxılmaz duruma düşən minlərlə soydaşımızın həyatının xilas olunmasında və təhlükəsiz təxliyəsində böyük rol oynayıb.

Səfir Qüdsi Osmanov isə kritik anlarda göstərdiyi xidmətlərlə fərqlənib. Məhz onun Azərbaycan dövlətinin adından göstərdiyi fəaliyyət və ölkə rəhbərliyinin tapşırıqlarını keyfiyyətlə yerinə yetirməsi səbəbindən 10 mindən çox soydaşımız Moldova üzərindən təhlükəsiz şəkildə Avropa və Azərbaycana təxliyə edilib.

Musavat.com

560d2abf-9c86-4cb5-9122-50f2bdd4a958.jpg (283 KB)

dec15edd-2825-4f76-a310-ddd9cc2ec694.jpg (261 KB)

05dc9eab-cdfe-4717-a5f4-4308734d7a71.jpg (251 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR