İnsanlara hürriyət, millətlərə istiqlal!

Modest Kolerov: Azərbaycan Zəngəzur problemini müharibəsiz həll edəcək

1892 24.10.2023 03:17 Son xəbər A A

“Moskvada Paşinyanın Rusiyaya qarşı fəaliyyəti adekvat şəkildə qəbul edilir və artıq onun barəsində nəzakətli şəkildə danışılmır.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı politoloq Modest Kolerov caliber.az saytına müsahibəsində bildirib.

“Paşinyan Rusiyanın açıq düşmənidir və bu, göz qabağındadır. Biz onun Rusiyaya qarşı növbəti düşmənçilik hərəkətlərini: Ermənistanın KTMT-dən çıxmasını, Gümrü və Erebunidəki Rusiya bazalarını çıxarmasını, gələcəkdə Avrasiya İqtisadi Birliyindən getməsini gözləyirik. Moskva Paşinyanın Ermənistanının düşmənçiliyi ilə mübarizə apara bilməz və etməyəcək. Rusiyanın bunun üçün heç bir aləti yoxdur”,-deyə Kolerov qeyd edib.

Rusiyalı ekspertə görə, Canubi Qafqazda müharibə təhlükəsi nəzəri olaraq yalnız iki tərəfdən gələ bilər: Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı əmliyyatları və Azərbaycan-Ermənistan savaşı nəticəsində. Amma Gürcüstan artıq belə bir perspektivdən imtina edib və məncə, Azərbaycan öz məsələsini Sünikdə (Zəngəzurda - red.) birbaşa müharibəsiz həll edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR