İnsanlara hürriyət, millətlərə istiqlal!

“Modern Talking”in qurucusu Rusiyaya sanksiyaları TƏNQİD ETDİ

1255 14.10.2022 03:38 Şou-biznes A A

“Modern Talking”in təsisçisi Dieter Bohlen Rusiya əleyhinə sanksiyaları tənqid etməsilə gündəm olub.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Dieter Bohlen Rusiya əleyhinə sanksiyalara qarşı çıxdıqdan sonra Ukraynada və eləcə də bəzi ölkələrdə izləyicilərin tənqidlərinə məruz qalıb.

Sanksiyaların Avropanı enerji böhranına sürüklədiyini vurğulayan Bohlen məhdudiyyətlərin Rusiya qazının Asiyaya daha da baha qiymətə satılmasına səbəb olacağını qeyd edib. Prodüser həmçinin Rusiya və Ukraynanın danışıqlar masası arxasına əyləşməsinin vacib olduğunu bildirib.

Bolenin sözləri Ukrayna əhalisinin hiddətinə səbəb olub. Boks üzrə keçmiş dünya çempionu Vladimir Kliçko ona müraciət edərək enerji böhranının Rusiyanın Donbassda keçirdiyi əməliyyatlardan sonra yarandığını bildirib. Kliçko Bohlenin sözlərini rus təbliğatı adlandırıb.

Digər internet istifadəçiləri də Bohlenin siyasi mövzularda fikir bildirməməsinin daha yaxşı olduğunu yazıblar. Onu bu yaxınlarda Ukraynadakı vəziyyətlə bağlı bir sıra tvitlər yazan amerikalı iş adamı İlon Mask ilə müqayisə ediblər.

Xatırladaq ki, Mask münaqişənin həlli yolu və Krımın Rusiyaya məxsus olması ilə bağlı mübahisələrə son qoymaq üçün BMT-nin iştirakı ilə Donbassda təkrar referendumların keçirilməsini təklif etmişdi.

O həmçinin Donbass və Krım sakinlərinin taleyini özlərinin həll etməli olub-olmaması və bu ərazilərin Rusiyaya, yoxsa Ukraynaya məxsus olması ilə bağlı sorğu dərc edib. Mask istənilən münaqişə zonasında orada yaşayanların iradəsini qorumaq lazım olduğunu vurğulayıb. O, Ukraynanın bir sıra şərq bölgələrində rusların çoxluq təşkil etdiyini və bu səbəbdən Rusiyanı seçdiyini deyib.

Bundan sonra Ukraynada Maskın təsviri olan reklam lövhələri küçələrdən yığışdırılmağa başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR