İnsanlara hürriyət, millətlərə istiqlal!

MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb

727 21.03.2023 06:30 İdman A A

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İyirmi doqquz yaşlı MMA idmançısı “Naiza Fighting Championship” turnirində fərqlənib.

"Report" xəbər verir ki, o, “Naiza Fighting Championship 50” çərçivəsində Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə gücünü mübarizə aparıb.

Döyüşçü Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb. N. Abbasov rəqibi üzərində qələbə qazanıb.

Bu, idmançının peşəkar karyerasında 29-cu qələbədir. O buna 33 döyüşdə nail olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR