İnsanlara hürriyət, millətlərə istiqlal!

MİT terror təşkilatının qərargahını VURDU: Fransa İZİ üzə çıxdı - SENSASİYA FOTO VİDEO

1263 16.01.2024 14:10 Dünya A A

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı - MİT) son üç gündə Suriyanın şimalında, Hələb, Həsəkə və Rakkada PKK/YPG-yə məxsus strateji hədəfləri vurub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Hələbin Aynularab rayonunda Fransanın “Lafarge” sement şirkətinə məxsus obyektin yerləşdiyi şəhərcik terror təşkilatı PKK/YPG tərəfindən qondarma hərbi qərargah kimi istifadə edilib.

Məlumata görə, 2013-2014-cü illərdə İŞİD terror təşkilatını maliyyələşdirdiyi ortaya çıxan Fransa sement şirkəti “Lafarge”nin obyektini digər terror təşkilatı PKK/YPG 2015-ci ildən hərbi qərargah olaraq istifadə edib. 

Anadolu” agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, MİT bazar günü günorta saatlarında Aynularabın cənubundakı kampusun bir hissəsində məskunlaşan terror təşkilatı PKK/YPG-yə aid məntəqəni vurub.

Qeyd edək ki, 7 sentyabr 2021-ci il tarixində “Anadolu” agentliyi Fransanın “Lafarge” şirkətinin Fransa kəşfiyyatının məlumatı ilə terror təşkilatı İŞİD-i maliyyələşdirdiyini sübut edən sənədləri dərc edib və bu sənədlər bütün dünyada geniş əks-səda doğurub. Sənədlərə görə, şirkət İŞİD terror təşkilatı ilə əlaqələri barədə Fransa kəşfiyyat orqanlarını daim məlumatlandırıb. Fransa kəşfiyyatı və dövlət qurumları isə şirkəti terroru maliyyələşdirməklə insanlığa qarşı cinayət törətdiyi barədə xəbərdarlıq etməyib. İŞİD “Lafarge”dən aldığı sementdən sığınacaq və tunellərin tikintisində istifadə edib. 2017-ci ilin iyun ayında şirkətə qarşı açılan istintaq çərçivəsində bəzi yüksək səviyyəli menecerlər, o cümlədən şirkətinn Direktorlar Şurasının sədri Bruno Lafont “terrorizmi maliyyələşdirməkdə” ittiham edilib.

Qeyd olunub ki, dünyanın ən böyük sement şirkətlərindən biri olan “Lafarge” 2011-ci ilin martında Suriyada başlayan vətəndaş müharibəsinə baxmayaraq fəaliyyətini davam etdirib. Terror təşkilatı İŞİD-in bölgəni ələ keçirməsinə baxmayaraq istehsal fəaliyyətini davam etdirən şirkət, 2014-cü ilin sonlarında fəaliyyətini dayandırıb. “Lafarge” 2015-ci ilin iyulunda İsveçrə şirkəti ilə birləşərək adını dəyişib.

Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı 2019-cu il oktyabrın 9-da başlatdığı “Barış Pınarı” əməliyyatından əvvəl ABŞ və Fransa əsgərləri 2015-ci ilin əvvəlində obyektin bir hissəsində məskunlaşıb və təxminən 4,5 il ərzində ərazini baza kimi istifadə edib.

Oktyabrın 18-də Nyu-Yorkun Bruklin şəhərindəki federal məhkəmədə çıxış edən “Lafarge”  “İŞİD”ə yardım etmək”də günahını etiraf edib və 777,78 milyon dollar cərimə ödəməyi qəbul edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR