İnsanlara hürriyət, millətlərə istiqlal!

MİT onu MƏHV ETDİ - 550 nəfəri öldürmüşdü FOTO

993 03.02.2025 22:00 Region A A

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK terror təşkilatının rəhbər şəxslərindən daha birini məhv edib. 

Musavat.com bu barədə TRT-yə istinadən xəbər verir. 

Məlumata görə, MİT Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Ayn Əl-Ərəb bölgəsi üzrə kəşfiyyat rəhbəri Mahmud Ağcanı öldürüb.

Qeyd edək ki, bu şəxs 2015-ci ildə Türkiyədə baş verən terror aktlarının əsas təşkilatçılarından biri olub.

O, partlayıcı maddələr və terrorçu təminatını Suriyadan həyata keçirib və səkkiz terror aktında məsuliyyət daşıyıb.

Ağcanın həyata keçirdiyi terror aktları nəticəsində 550-ə yaxın insan həlak olub.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR