İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb edəndə söz azadlığına dəstək olur, başqası edəndə isə...

384 18.03.2025 09:15 Siyasət A A

“AzadlıqRadiosu” və “Amerikanın Səsi” ilə bağlı verilən qərara Bakıdan ilginc reaksiyalar

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (VOA) 83 illik fəaliyyətindən sonra tamamilə bağlanıb. Bu barədə qurumun direktoru Maykl Abramoviç məlumat verib. “”Amerikanın Səsi"nin 1300-dən çox jurnalisti, prodüseri və texniki heyəti inzibati məzuniyyətə göndərilib. Mən də onların içindəyəm. Bu tarixi media platformasının susması məni dərindən kədərləndirir", - Abramoviçin bəyanatında bildirilir.

Məsələ ABŞ Prezidenti Donald Trampın daha əvvəl verdiyi qərarla bağlıdır. O, ABŞ Qlobal Media Agentliyinin (USAGM) işçi heyətinin ixtisara salınmasını tapşırmışdı. Həmin agentlik 49 dildə yayımlanan beş böyük media korporasiyasına, o cümlədən “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi”nə nəzarət edirdi.  Bundan əlavə, “Azad Avropa/Azadlıq Radiosu”nun maliyyələşdirilməsini təmin edən qrantın da dayandırıldığı məlum olub, baxmayaraq ki, ABŞ Konqresi bu vəsaiti təsdiqləmişdi.

Bu qərar ABŞ mediasında böyük rezonans doğurub və media azadlığı ilə bağlı ciddi narahatlıqlar yaradıb.   

Maraqlıdır, görəsən, niyə Qərbdə mediaya dövlət yardımı söz azadlığına dəstək sayılır, hansısa qeyri-Qərb ölkəsində isə medianın müstəqilliyinə müdaxilə? Azərbaycan üçün əhəmiyyəti nədir?

Elçin Mirzəbəyli — Vikipediya

 Elçin Mirzəbəyli 

Millət vəkili Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirib ki, Qlobal Media Agentliyi ayrı-ayrı ölkələrdə təsir agenti missiyasını həyata keçirib: “Bunu faktiki olaraq hər kəs bilir. Qlobal Mediaya administrasiya, departament və ayrı-ayrı dövlət fondları tərəfindən verilən dəstəyi, maliyyələşməni söz azadlığına dəstək hesab edirlər. Lakin Azərbaycanda eyni yanaşma tərzi sərgilənəndə bu hökumətin medianın işinə müdaxiləsi kimi qələmə verirlər. Dünyanın hər yerində, o cümlədən Qərb ölkələrində mediaya göstərilən dəstək, maliyyə yardımının miqyası o qədər böyükdür ki, bunu Azərbaycan və ya digər qonşu ölkələrlə müqayisə etmək mümkün deyil. Eyni yanaşmanı qardaş Türkiyəyə də aid etmək olar. Buna görə də düşünürəm ki, belə yanaşma əslində Qərbin hazırladığı tezislər əsasında həyata keçirilən missiya olub. SSRİ dağılandan sonra postsovet məkanına demokratiyanın ixracı adı altında Qərbin maraqlarının axını prosesi gedirdi. O cümlədən ailə dəyərlərinin gözdən salınması, yenicə müstəqillik qazanmış ölkələrin milli şüurunun oyanmasına yol verilməməsi kimi proseslər gedirdi. İndi artıq bu mexanizm effektivliyini itirdiyi və ənənəvi beynəlxalq münasibətlər sistemində faktiki olaraq sıradan çıxdığı üçün Tramp tərəfindən əhəmiyyətsiz təsisatların maliyyələşməsi uyğun görülmür. Çünki onun əlində artıq başqa alətlər var. Söhbət burada X platforması  və digər sosial şəbəkələrdən gedir. Həmin o effektiv vasitələr daha çox işə yaradığı üçün Qlobal Media Agentliyi sıradan çıxdı. Amma  bu o demək deyil ki, belə yanaşma tərzi bütövlükdə kollektiv Qərb adlandırdığımız ölkələr tərəfindən ümumən qəbul olunur, hələ də fəaliyyətini davam etdirən resurslar var. Onları Almaniya, Fransa maliyyələşdirir".  

Müşfiq Ələsgərli: ABŞ və digər Qərb dövlətləri son vaxtlar öz  siyasətlərində açıq zorakı metodlara keçiblər - AZƏRTAC Video – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Müşfiq Ələsgərli 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli qəzetə açıqlamasında bildirib ki, maliyyəsi kəsilən təsisatlar başqaları üçün elan etdikləri beynəlxalq standartları kobud şəkildə pozublar: “İndiyə qədər deyirdilər ki, medianın fəaliyyəti müstəqil olmalıdır. Gəlirləri reklamdan formalaşmalıdır və dövlətlə hər hansısa bir formada kontaktda olmamalıdır. Biz həmin vaxtlar onların hərəkətində ikili standartların olduğunu görürdük. Maliyyəsi kəsilən media qurumları yeri gələndə dövlətlə çox gözəl əməkdaşlıq edirdi və onun təbliğat-təşviqat maşınına çevrilirdi. Biz onların departamentdən maliyyə vəsaitləri aldığını deyirdik. İndiki proseslər bu media orqanlarının bütün fəaliyyətini çılpaqlığı ilə açıb göstərir. Media dövlətdən vəsait almamalıdır deyənlərin özlərinin dövlətdən maliyyələşdiyi aydın oldu.  Doğrudur dünyanın hər yerində mediaya dəstək vermək üçün maliyyə ayrılır, qrantlar verilir. Lakin Qərb mediası kimi bunu inkar etmirlər.

Azərbaycana qarşı isə xüsusi qərəz var idi. Mediaya dövlət dəstəyini azadlığa müdaxilə kimi qəbul edirdilər. İndiyə qədər Avropa media qurumları və Avropa media nəzəriyyəçiləri həmişə deyirdilər ki, media qurumu təbliğat və təşviqatla məşğul olmamalıdır. Bu işlə məşğul olanları media subyekti kimi qəbul etmirdilər.  İndi isə Tramp administrasiyası qarşısında özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, ABŞ-ın xaricdə təbliğatını aparıblar. Bu təbliğatdan İrana, Rusiyaya və Çinə qarşı istifadə edilib. “AzadlıqRadiosu”nun prezidenti Stiven Kapus deyir ki, maliyyələrinin kəsilməsi indiyə qədər İrana, Çinə və Rusiyaya qarşı apardıqları təbliğatın iflası deməkdir. Beləliklə, o, etiraf edir ki, ABŞ siyasətinin təbliğat və təşviqatı ilə məşğul olublar. Halbuki indiyə qədər deyirdilər ki, media bu işlərlə məşğul olmamalıdır, obyektiv olmalı və həqiqəti deməlidir. Trampın həm USAİD, həm də Qlobal Media Agentliyi ilə bağlı verdiyi qərarlar qeyd olunan təsisatların beynəlxalq standartları heçə sayması ilə bağlıdır. Tramp onların fəaliyyətini dünya qarşısında ifşa etdi". 

MƏMMƏDOV Ceyhun Valeh oğlu

Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov deyir ki, ABŞ-da baş verən hadisələr göstərir ki, uzun illər öncə Azərbaycan doğru qərar qəbul edib: “Bu radioların əsas hədəfi pozuculuq, digər dövlətlərin daxili işinə qarışmaq idi. Biz bu cür fəaliyyətlərin şahidi olduq.  Belə fəaliyyətləri insan hüquqlarının qorunması, demokratiya adı altında etməyə çalışırdılar. Bu da Azərbaycan hakimiyyətinin haqlı narazılığına səbəb olurdu. Dəfələrlə bu, ABŞ rəsmiləri ilə müzakirə edilmişdi, lakin heç bir tədbir görülməmişdi. Bu günə kimi də Ermənistana dəstək, Azərbaycana qarşı təhdid münasibətinin şahidi olduq.  Trampın qərarı Azərbaycanın nə dərəcədə haqlı olduğunu göstərdi”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR