İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyanın baldızını ABŞ səfiri ilə nə bağlayır? - Birlikdə... - FOTOFAKT

1069 18.07.2024 17:00 Dünya A A

İyulun 12-də ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Sünik regionunda bərpa olunan enerjinin aparıcı istehsalçısı kimi ABŞ-ın “Contour Global” hidro-kaskadına baş çəkib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, ABŞ səfirini müşayiət edənlər arasında Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Gövhər Abacyanın bacısı Alvina Abacyan da var.

“Joxovurd” qəzeti Gövhər Abacyandan onun bacısının səfirlə nə əlaqəsi olduğunu öyrənməyə çalışıb və belə cavab alıb: “Bacım 2019-cu ildən “Kontur Global” şirkətinin maliyyə direktoru olub, 2023-cü ildən isə baş direktor təyin edilib.

Qəzet Alvina Abacyanın bu vəzifəyə Ararat Mirzoyanın sayəsində yüksəldiyinə işarə vurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR