İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan Ermənistanla Rusiyanın münasibətlərindən danışdı

496 27.12.2023 18:43 Dünya A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Moskvanın hərəkətlərini ən yüksək səviyyədə tənqid etməsi ilə bağlı iddialarla razılaşmır.

Musavat.com Rusiya mediasına istiandla xəbər verir ki, Mirzoyan bu gün İrəvanda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin verdiyi suala cavab olaraq deyib: "Siyasətdə, xüsusən də Ermənistan-Rusiya münasibətlərində ifadələrə diqqətli olmaq və primitiv qiymətləndirmələrə əsaslanmamaq lazımdır. Əgər Ermənistanın Rusiyanı ən yüksək səviyyədə tənqid etdiyini deyirsinizsə, misallar gətirin. Belə bir bəyanat reallığa uyğun deyil”.

Onun sözlərinə görə, İrəvanın dəfələrlə bəyan etdiyi KTMT-nin effektivliyi ilə bağlı problemlər olub və var.

"Amma Arasiya İqtisadi İttifaqının işi ilə bağlı yerinə yetirilməyən gözlənti olmayıb. Biz hesab edirik ki, Aİİ Ermənistana münasibətdə effektiv fəaliyyət göstərməkdə davam edir", - Mirzoyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR