İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan Çavuşoğlu ilə Antalya görüşündən danışdı  

737 21.03.2022 18:46 Region A A

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə heç bir ilkin şərt qoyulmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin inkişafı ilə bağlı razılıq əldə olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 21-də Milli Assambleyada Xarici Əlaqələr üzrə Daimi Parlament Komissiyasının iclasında bildirib. Görüşdə, nazirin qeyd etdiyi kimi, hər iki tərəf münasibətlərin normallaşdırılması və dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə prosesi qeyd etməyə hazır olduqlarını təsdiqləyiblər.

“Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında danışıqlar Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutub”, - Mirzoyan xatırladıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR