İnsanlara hürriyət, millətlərə istiqlal!

Miri Yusif öz rekordunu yenilədi

577 02.07.2026 18:15 Şou-biznes A A

Xalq artisti Miri Yusif pərəstişkarlarından gələn böyük marağı nəzərə alaraq solo konsertlərinin sayını artırıb.

Musavat.com xəbər verir ki, əvvəlcə 3, 4 və 5 iyul tarixlərinə planlaşdırılan konsert proqramına əlavə olaraq 2 və 6 iyul tarixləri də daxil edilib.

Beləliklə, sənətçi ümumilikdə beş gün ardıcıl olaraq Bakıdakı Yaşıl Teatr səhnəsində sevənləri ilə görüşəcək.

Konsert proqramında Miri Yusif illərdir dillər əzbəri olan hitləri, eləcə də repertuarındakı ən sevilən mahnıları canlı ifa edəcək.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR