İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə büdcə müzakirələri başlayıb

338 13.11.2023 11:22 Siyasət A A

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova iclasda iştirak edən Baş nazir Əli Əsədovu, hökumət üzvlərini, deputatları və media nümayəndələrini salamladıqdan sonra bildirib ki, gündəlikdəki 14 məsələdən 12-si 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi barədədir.

“Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artır” - deyən S.Qafarova qeyd edib ki, gələn il dövlət büdcəsində sosial sahəyə 1 milyard 35 milyon manat və ya 7 faiz artıq pul ayrılması nəzərdə tutulur.

Müzakirələr davam edir.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR