İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis sədrinin Özbəkistan səfəri davam edir-fotolar  

547 01.04.2022 19:45 Region A A

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 1-də Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində Yeni Özbəkistan Parkında Müstəqillik abidəsini ziyarət edib.

Musavat.com bu haqda Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Bildirilir ki, Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Azərbaycan nümayəndə heyətinə park kompleksi və burada görülmüş işlər haqqında məlumat verilib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri kompleksdə yaradılmış və Özbəkistanın tarixi şəxsiyyətlərinə həsr olunmuş panno ilə tanış olublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR