İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis ABŞ Senatına ETİRAZ BƏYANATI qəbul etdi

530 21.11.2023 12:57 Siyasət A A

Milli Məclis ABŞ Senatının “Ermənistanı müdafiə aktı” adlı qərəzli, heç bir əsası olmayan sənədini müzakirə edib.

Musavat.com xəbər verir ki, parlament etiraz bəyanatı qəbul edib.

Bəyanatı deputat Kamilə Əliyeva səsləndirib.

“Azərbaycan parlamenti Amerika Senatının 15 noyabr tarixli qərarını rədd edir. Amerikanın bu kimi addımları regionda sülh, sabitliyə zərbə vurur. ABŞ-ın təcavüzkar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə yardım edib. ABŞ 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib. Əksinə, maliyyə yardımı edib, yüksək səviyyəli görüşlər təşkil edib. Amerika tərəfinin bu kimi addımları ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib” - bəyanatda bildirilir.

Sənəddə vurğulanır ki, Milli Məclis ABŞ Senatında Azərbaycana qarşı qəbul edilmiş aktı qətiyyətlə rədd edir, bunu iki ölkə arasında münasibətlərə ciddi zərbə kimi qəbul edir:

“Bu, regionda sülh yaradılması səylərinə ciddi maneçilik törədir. ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın bariz nümunəsidir. Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi, Xocalı soyqırımının törədildiyi, azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədildiyi halda ABŞ BMT-nin TŞ-nin daimi üzvü kimi Azərbaycana qarşı bu hərəkətlərin qarşısının almasına cəhd etmədi, əksinə, Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Nəticədə ABŞ-ın Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana kömək etdi.

ABŞ Azərbaycan ərazisində yaradılmış separatçı rejimi dəstəkləyib. ABŞ-ın vasitəçi kimi bugünkü addımları Azərbaycan cəmiyyətində nüfuzunu itirməsi ilə nəticələnib. Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasət tamamilə iflasa uğrayıb. Xüsusilə Yaxın Şərq və Əfqanıstan siyasətini qeyd etmək lazımdır. Azərbaycanın Milli Məclisi bir daha bəyan edir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsipi əsasında bütün mənfi addımları qətiyyətlə cavablandıracaq”.

Qeyd olunub ki, ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR