İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili Sahibə Qafarovanın müdafiəsinə qalxdı: "Özünüz beynəlxaq tədbirdə üç cümləni ardıcıl danışa bilərsinizmi?"

1689 30.03.2022 23:23 Gündəm A A

"Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi altında çox uğurlu beynəlxalq fəaliyyət ortaya qoyulub".

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Azər Badamov bildirib.

O qeyd edib ki, Milli Məclisin sədri hər ay bir və ya bir neçə ölkəyə səfər edərək parlamentlərin rəhbərləri və dövlət başçıları ilə səmərəli görüşlər keçirir: "Xanım sədr səfər etdiyi ölkələrdə o ölkənin rəsmi dövlət dili ilə, dövlət rəsmilərini  Azərbaycanın ədalətli mövqeyi haqqında məlumatlandırır, ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində torpaqlarımızda törətdiyi vandalizm və vəhşilkləri haqqında məlumatları çatdırır. Deyə bilərəm ki, cənab Prezidentin siyasəti regionda yaratdığımız yeni reallıq, Azərbaycanın gələcəyə baxışları və mövqeyimiz  haqqında  məlumatları beynəlxalq ictimaiyyətə çox yüksək səviyyədə çatdırır. Hörmətli Sahibə xanımın hər bir xarici səfəri çox yüksək səviyyədə baş tutur.

Təəssüf ki, bəzi qüvvələr mövcuddur ki, beynəlxalq siyasətdə nail olduğumuz uğurlarımızı görmür və gözləyir ki, siyasətçilərimiz  hər hansı bir mexaniki səhvə yol versin və o səhvini sosial şəbəkələrdə manşetə çevirməklə, uğurla həyata keçirilən siyasi kursumuza kölgə salsınlar. Parlament sədrimizin Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasındakı  çıxışında erməni parlamentinin sədri Simonyanı tutarlı faktlarla yerində oturduğunu, yüksək nitqini görməyərək, sonda bir mexaniki səhvin- "Azərbaycan SSRİ" ifadəsinin  işlədilməsinin böyük səhv kimi qələmə verilməsi çox gülməlidir.

Bu məsələni gündəmə gətirən şəxslərə bir sual vermək istəyirəm ki, siz danışığınızda heç vaxt mexaniki səhvlərə yol vermirsinizmi və yaxud siz spikerimizin mexaniki bir səhvini böyük günah kimi qabartdığınız halda, özünüz elə beynəlxaq tədbirdə üç cümləni ardıcıl danışa bilərsinizmi?  Mən belə şəxslərə demək istəyirəm ki, dövlət siyasətimizi beynəlxalq səviyyədə təbliğ edən siyasətçilərimizə belə ucuz hərəkətlərlə kölgə gətirə bilməyəcəksiz. Hər bir insan danışığında mexaniki səhvə yol verə bilər və bu, səhv sayıla bilməz.  Biz isə əgər dövlətimizi uğurlu və güclü görmək istəyiriksə, mexaniki səhvləri axtarmamalı, uğurlu səfərlərimizi görməliyik və uğurlarımızın çox olmasını təbliğ etməliyik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR