İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili: "Azərbaycanın Avropa Şurasından çıxmasını istəmirəm" - VİDEO

1015 26.01.2024 20:27 Siyasət A A

Konstitusiya quruluşumuza görə Avropa Şurasından çıxmaq barədə qərarın təşəbbüskarı yalnız prezident ola bilər, çünki xarici siyasətimizi o müəyyən edir. Təbii ki, qanun layihəsi parlamentə təqdim olunmalıdır. Əgər belə təklif olsa, mən onun əleyhinə səs verərəm. Mən ölkəmizin Avropa Şurasından çıxmasını istəmirəm.

Musavat.com xəbər verir ki, bu fikirləri "Tv Musavat"ın efirində millət vəkili Erkin Qədirli deyib.

O bildirib ki, Avropa Şurası bu cür davranışı davam etdirsə, bəlkə də çıxmaq qərarını dəstəkləyə bilərəm:

"Avropada da insan haqları pozulur, korrupsiya da var. Azərbaycana gəldikdə isə birləşib böhtan atırlar, gözünün içinə baxıb yalan danışa bilirlər. Britaniyalı deputat bir tərəfdən HƏMAS-ı, digər tərəfdən Ermənistanı dəstəkləyir. Ümumiyyətlə, dünyada avropalı siyasətçilərin səviyyəsi düşür. Yay sessiyasında "qadın nə deməkdir?" sualı müzakirə oluna bilər. Avropa bu hala gəlib... Ortaq dəyərlər də azalıb. Bu dəyərlərin daşıyıcısı olan Avropa artıq yoxdur..."

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR