İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda cibgir saxlanıldı: "Bu, həyat tərzimdir"

746 04.06.2022 23:04 Kriminal A A

Bakıda metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun "İnşaatçılar" stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub.

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Qasımov cibgirliyin onun həyat tərzi olduğunu bildirib.

Araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR