İnsanlara hürriyət, millətlərə istiqlal!

“Meta” şirkəti İranla əlaqəli onlarla hesabı silib

292 03.06.2024 14:48 Dünya A A

“Meta” Şirkəti saxta hesablar yaratmaq və insanları çaşdırmaq üçün koordinasiyalı fəaliyyət sahəsində şirkətin qaydalarını pozduğuna görə İran hökumətinə bağlı onlarla hesabı sildiyini açıqlayıb.

Məlumata görə, İsrail vətəndaşlarını hədəfə alan bu hesabların hamısı İrandan yönləndirilib. Bildirilib ki, “Meta” bu il 22 “Facebook” hesabı, 8 səhifə, 8 qrup və 23 “Instagram” hesabını müəyyən edərək silib.

“Meta” həmin hesablar vasitəsilə İranın aldatma əməliyyatının təkcə bu şirkətlə məhdudlaşmadığını, “Telegram”, “YouTube”, “X” (keçmiş Twitter) və “Tik Tok” kimi digər platformalarda da mövcud olduğunu vurğulayıb.

“Meta”nın bildiriyinə görə, sözügedən şəbəkənin üzvləri əsasən İsraillə bağlı xəbərləri və aktual hadisələri ivrit dilində paylaşıblar./Azad İran

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR