İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurların boşanma prosesi filmə çevrilir  

979 16.09.2022 18:26 Şou-biznes A A

Dünyaca məşhur aktyor Coni Deppin keçmiş arvadı Ember Hördlə olan məhkəmə prosesi film olur.

Musavat.com bildirir ki, sənətçilərin qalmaqallı məhkəməsi sentyabrın 30-da yayımlanacaq filmə çevrilib.

Xatırladaq ki, keçmiş cütlüyün məhkəmə prosesi bu ilin əvvəlində ən çox danışılan olaylardan biri oldu. Aktyor keçmiş arvadı Amberə qarşı açdığı məhkəmə prosesində nəhayət ki, qalib gəlmişdi. Altı həftə ərzində televiziya ilə yayımlanan məhkəmə prosesində hər iki məşhur müxtəlif zamanlarda mənfi obraz kimi qarşılanmışdılar.

Beləliklə “Hot Take: The Depp/Heard Trial” adlı film sentyabrın 30-da pulsuz şəkildə “Tubi” yayım platformasında təqdim olunacaq. Məlumata görə filmdə Coni Deppi Mark Hapka, Emberi isə Meqan Devis canlandıracaq.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR