İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlardan gecə klubunda baş verən faciəyə reaksiya: "Bunu Ramazan ayı ilə əlaqələndirib... "

2068 03.04.2022 17:13 Gündəm A A

Gecə saatlarında Bakının mərkəzində yerləşən  "Gourmet" gecə klubunda baş verən partlayış ölkə gündəmini zəbt edib.

Hadisənin Ramazan ayının ilk günündə baş verməsi bəzi sosial şəbəkə izləyiciləri tərəfindən müxtəlif cür şərh edilib, müqəddəs ayda gecə klubuna gedənlər qınanılıb. Lakin bu cür mövqe elə sosial şəbəkə istufadəçiləri tərəfindən tənqidlə qarşılanıb. Məsələyə tanınmışlardan da reaksiya gəlib.

Musavat.com onlardan bir neçəsini təqdim edir.

İlkin Həsəni: “Yazılan şərhləri ciddiyə almıram” – Müsahibə

Tele-aparıcı, aktyor-prodüser İlkin Həsəni: "Bir faciəni Ramazan ayı ilə əlaqələndirib, necə sevinə bilərsiniz? Bu gecə bir daha əmin oldum ki, vicdanın ypxdursa, sənə heç bir din kömək etməyəcək".

Müğənni Nura Suri karantin qaydalarını pozduğu üçün cərimələnib - RƏSMİ

Müğənni Nura Suri: "İnsanların ölümünə sevinən, başqalarına pislik arzulayanların niyyət və əməlləri bir gün öz başlarında çatlayacaq, cəhənnəmdə yanacaq".

Tolik ucqar kəndlərdə yaşayan uşaqları sevindirdi - VİDEO

Prodüser Tarix Əliyev: "İndi hamı dindar, oruc tutan oldu? Hamı evə saat 10-da gedir?

Bəsdirin. Guya ki, siz bara getmirsiz, içki içmirsiz? Mən bara getmirəm, içki də içmirəm. Həmin gecə klubunda da mənim nə yaxınım olub, nə də o məkanı tanımıram. Amma orada partlayış olub, tez bunu necə Allahın qəzəbinə yozursuz? Allahın qəzəbinə elə siz gəlirsiz!"

Ramin Hacıyev | Gənc Ailə

Rejissor Ramin Hacıyev: "Xidmətçi gecə klubundan evinə 5-10 manat apardığına görə cəhənnəmə, sən buna görə sevinirsənsə cənnətə düşəcəksə, onda bu din mənə lazım deyil. Bu qədər geri zəkalısız... "

Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim”

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova: "İnsanların başqasının faciəsinə sevinməsi ən böyük fəlakətdir... "

Xatırladaq ki, partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.


Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR