İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənnidən etiraz: "Mahnımdan İranı bombalamaq üçün istifadə etdilər" VİDEO

351 26.07.2026 17:49 Şou-biznes A A

Məşhur müğənni Keti Perri Ağ Evin rəsmi "TikTok" hesabında İrana qarşı hərbi əməliyyatların görüntülərinin onun "Firework" mahnısı ilə paylaşılmasına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkədə yaydığı açıqlamada mahnısının bu məqsədlə istifadəsinə razılıq vermədiyini bildirib.

"Firework" mahnısının hərbi hücum görüntülərinə fon musiqisi kimi əlavə edilməsini "dəhşətli" adlandıran Perri bunları deyib:

"Ağ Evin "TikTok" hesabında hərbi hücum görüntülərində "Firework" mahnımın istifadə olunduğunu görmək məni dərindən sarsıtdı və qəzəbləndirdi. Buna icazə verməmişəm, mənə müraciət edilməyib və bunu qətiyyən dəstəkləmirəm".

Müğənni qeyd edib ki, mahnını insanların həyatlarının ən çətin anlarında onlara ümid vermək məqsədilə yazıb. Onun sözlərinə görə, əsərin müharibə və dağıntı səhnələri ilə əlaqələndirilməsi mahnının daşıdığı mənanı tamamilə təhrif edir:

"Bu mahnını ən qaranlıq dövrlərini yaşayan insanlar üçün ümid, sağalma və daxili güc himni kimi yazmışam. Onun dağıntı və zorakılığı müşayiət edən vasitəyə çevrilməsi mahnımın təmsil etdiyi bütün dəyərlərə ziddir".

Keti Perri əlavə edib ki, musiqisinin məqsədi insanları bir araya gətirməkdir, müharibəni və ya zorakılığı tərənnüm etmək deyil.

Qeyd edək ki, mübahisəyə səbəb olan video Ağ Evin rəsmi "TikTok" hesabında paylaşılıb. Kadrlarda ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarından görüntülər yer alıb, arxa fonda isə Keti Perrinin "Firework" mahnısı səsləndirilib. Paylaşımda "Iran has been warned" (İrana xəbərdarlıq edildi) ifadəsi yazılıb.

Videoda partlayış kadrlarının mahnının "Boom, boom, boom" sözləri ilə eyni anda verilməsi də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR