İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni həbs oluna bilər - FOTO

583 04.06.2024 13:18 Dünya A A

Rusiya İstintaq Komitəsi “Maşina Vremeni” qrupunun rəhbəri Andrey Makareviçin sözlərində ekstremist fəaliyyətə dair ictimai çağırışların olub-olmaması ilə bağlı araşdırmaya başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Araşdırmaya səbəb musiqiçinin özünü Ukrayna prezidenti Vladimir Zelenski kimi təqdim edən telefon prankerləri ilə söhbəti olub. Söhbət zamanı Makareviç Ukrayna prezidentinə “bütün bunlara tab gətirməyi, sağ qalmağı və hamını məğlub etməyi” arzulayıb.

Musiqiçi ilə söhbətin yazısı prankerlər Vovan və Lexus (Vladimir Kuznetsov və Aleksey Stolyarov) tərəfindən yayımlanıb, bundan sonra “Rusiya veteranları” ictimai hərəkatının lideri Vadim Mironenko Makareviçə qarşı “donos” yazıb. Əgər Makareviçin “günahı” sübuta yetirilsə, onu 5 illik həbs cəzası gözləyir.

Andrey Makareviç 2022-ci ildən Rusiyada xarici agent kimi tanınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR