Məşhur müğənni Sinan Akçıl sosial media hesabında diqqətçəkən paylaşım edib.
Musavat.com-un xəbərinə görə, o, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Fransa millisinin futbolçusu Nqolo Kantenin transferi ilə bağlı foto paylaşıb.
Akçıl prezidentlə söhbət etdiyi anın fotosunu paylaşaraq yazıb:
“Bu gün Kante üçün təşəkkür etdim. Narahat olmayın, böyük “Fənərbağça” camiəsi”.

Sənətçinin paylaşımını şərhlərə bağlaması isə izləyicilərin diqqətindən yayınmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com






