İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur İsveç köftələri və Benderdəki qələbəlik - Osmanlı imperatorluğunun baş bəlasına çevrilən İsveç kralı XII Karl

2495 05.05.2023 16:12 Yazarlar A A

İsveç və Türkiyə gündəmini məşğul edən NATO böhranı məsələsindən başqa çoxları bilmir ki, bi iki ölkənin uzun illərə dayanan ortaq tarixi keçmişləri var.

İsveç kralı XII Çarlz 1709-1714-cü illərdə Osmanlı imperatorluğuna sığındı və bu, türklərin İsveç mədəniyyətinə əhəmiyyətli töhfələri ilə sona çatan maraqlı bir tarixi epizoda səbəb oldu.

Hər şey məşhur Poltava döyüşü ilə başlamışdı. 27 iyun 1709-cu ilin iyulunda İsveçin Rusiya ilə arasında baş verən, indiki Ukrayna ərazisindəki məşhur Poltava döyüşündə Avropanın daimi böyük dövlətlərindən birinə çevrilmək ümidlərinə həmişəlik son qoyulmuşdu.

Rusiyanın isti dənizlərə çıxmaq istəklərinin qarşısı Karlova və İstanbul razılaşmaları ilə kəsiləndə Rusiya istiqamətini İsveçə çevirdi. İsveç kralı Rusiya təhlükəsinə qarşı Osmanlı imperiyası ilə əməkdaşlıq təklif etsə də, Osmanlı Rusiya ilə sülh müqaviləsi bağladığı üçün bu təklifə çox da isti baxmadı. Bu arada Rusiya üzərinə yürüş edən İsveç kralı başlanğıcda mühüm qələbə qazansa da, Rusiyanın qəfil hücumu ilə üzləşdi. Poltava yaxınlığında baş verən bu basqından sonra İsveç kralı XII Karl çətinliklə canını qurtararaq Osmanlı torpaqlarına sığındı.

karl-1.JPG (27 KB)

XII Karl məğlubiyyətdən sonra Osmanlı sultanı III Əhmədə məktub göndərir. Məktubda o cəmi 8 gün ərzidə Osmanlı ərazilərində qalmaq istədyini bidirdi. Sultan rusların bütün etirazlarına baxmayaraq onun bu istəyini qəbul edir.

Osmanlı xəzinəsi Sultanın qonağının bütün xərclərini qarşılamağa başlayır və Moldavanın Bender şəhərində qalmaq üçün kral və onun döyüşçülərinə yer verilir.

Ancaq bu səkkiz günün beş ilə çevrilməsi ilə bu qonaqpərvərlik Avropa diplomatiyasında müzakirə mövzusu olaraq Osmanlı üçün əsl başağrısına çevrilir və vətəninə qayıtmaq istəməyən Karla qarşı yeniçərilərin hücumu ilə nəticələnir.

sultan.JPG (61 KB)

Əvvəllər III. Əhməd tərəfindən çox yaxşı qarşılanan kralın bütün ehtiyacları dövlət tərəfindən qarşılanırdı.

Karl Osmanlıları Rusiya ilə münaqişəyə cəlb etmək üçün sultanı israrla dilə tutmağa başladı.

İsveçli kral sultanın nüfuzlu anası Gülnus sultanla mühüm bir arxa kanal qura bildi və onu fransız ətirlərindən ibarət hədiyyələri və yaxın olduğu tacirlər və səfirlər vasitəsilə ötürülən gizli mesajlarla öz tərəfinə çəkdi.

Osmanlılar bu müddət ərzində getmək istəməyən qonağa - Karla müxtəlif ləqəblər verirlər:  Dəmirbaş (bir yerdə çox qalan əşya mənasında), Yaramaz, İldırım və s.

 

karta.JPG (85 KB)

Osmanlının 1711-ci il Rusiya üzərində məşhur Prut qələbəsindən sonra sarayın Karla getmək barədə arzuları da tələblərə çevrilməyə başlayır. III Əhməd krala göndərdiyi məktubda  yazırdı: “Sən bizim dostumuz, İsveç kralısan. Bu qış əyalətinizə getmək üçün bütün ehtiyaclarınız görüldü və köçürməyiniz üçün Krım xanına və Bender mühafizəçisinə lazımi göstərişlər verildi. Bu xəttin imperator tərəfinə çatanda vaxt itirmə və öz vilayətinə get. Əks halda, sifarişimiz fərqli olacaq”.

Təbii ki, Osmanlı siyasətinə müdaxilə Karl və Osmanlılar arasında münasibətlərin pozulmasının səbəblərindən yalnız biri idi.

ookkko.JPG (55 KB)

İsveçlinin xərcləmə vərdişləri də türk qonaqpərvərliyinin sərhədlərini sınaqdan keçirdi.

Nəhayət, kralın zorla həbs edilməsi qərara alınır. Onun olduğu saray əsgərlər tərəfindən mühasirəyə alınmış və “Kalabalike Bender”-Benderdəki izdiham adlanan hadisə ilə XII Karl əsir götürülərək Dimetoka, oradan da Ədirnəyə köçürülür.

1714-cü ildə sultanın icazəsi ilə Osmanlı imperiyasını tərk edərkən Karlın bir milyon İsveç kronundan çox borcu var idi ki, bu da İsveçin o vaxtkı büdcəsindən üç dəfə çox idi. İsveçlilər Osmanlı torpağından ayrılanda kralı borclarının qaytarılmasını istəyən Osmanlı əsgərləri və tacirlərindən ibarət bir dəstə müşayiət edirdi. Gəldikdən sonra bu tacirlərin əksəriyyəti İsveçdə məskunlaşaraq türkcə əsgər mənasını verən “asker” sözündən götürülmüş Askerson adlı ilk İsveç-türk icmalarının yaranmasına səbəb oldu.

Bütün müsbət və mənfi cəhətləri ilə yanaşı İsveç kralının Osmanlıdan qayıtdıqdan sonra İsveçə türk mədəniyyətinin bəzi elementlərini də aparmış, Karlın Osmanlı imperiyasında qalması İsveç mədəniyyətinə qalıcı təsir göstərəcək, ölkənin danışıq dilinə türk sözləri gətirmiş və və Skandinaviyalıları ən məşhur yeməklərindən biri - köftə və kələm dolması ilə tanış edəcəkdi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR