İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur idmançı Taylandda italyanın villasını qarət edib

1114 12.09.2023 10:55 Son xəbər A A

Qazaxıstanın üç vətəndaşı Taylandın Çernq Talay kurortunda italyan biznesmenin villasını qarət etməkdə ittiham olunub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, işdə məşhur MMA döyüşçüsü Hüseyn Asxabov və onun əkiz qardaşı Həsən var. Onlar həbs edilib.

64ffe8d0b86bd342336677.jpg (72 KB)

Məlumata görə, üç Qazaxıstan vətəndaşı italyan kişinin Çernq Talay kurortunda yerləşən villasına soxulub və onun əl-ayağını sarıyıb, ağzını bağlı saxlayıblar və pulunun yerini deməsi üçün döyüblər. Nəticədə onlar 338 min dollardan çox pul götürüblər. Sonra onlar Phuketdən Dubaya uçublar. 

Qarətçi quldurların harada, necə və nə vaxt ifşa edilib tutulduqları barədə müfəssəl məlumat verilmir. Hüseyn Asxabov Qazaxıstan vətəndaşı olsa da, yarışlarda Rusiyanı təmsil edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR