İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur idmançı sevgilisinin qollarında öldü - FOTO

1530 02.07.2023 17:30 Hadisə A A

Dünyanın ən məşhur bodibilderlərindən biri, "Joesthetics" ləqəbi ilə tanınan 30 yaşlı Co Lindner ölüb. 

Musavat.com xarici mediaya istinadən bildirir ki, idmançı anevrizmadan (arteriya divarında qabarıqlıq) dünyasını dəyişib.

Lindnerin sevgilisi Niça onun 3 gün boyun ağrısı keçirdiyini, ancaq buna əhəmiyyət vermədiyini deyib:

"Mənim qollarımda vəfat etdi. Bu o qədər tez oldu ki... 3 gün əvvəl boynunda ağrı olduğunu dedi, amma buna əhəmiyyət vermədi. Artıq gecdir. İnsanlar onu mənim tanıdığım kimi tanısaydı... o, bu dünyanın ən gözəl və inanılmaz insanı idi".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR