İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur Hollivud ulduzunun BAŞI DƏRDDƏ

865 06.11.2023 12:23 Dünya A A

Fevral ayında ABŞ-ın Kaliforniya ştatının keşmiş qubernatoru, Hollivud ulduzu Arnold Şvartseneggerin avtomobili ilə vurduğu velosipedçi onu məhkəməyə vermək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Qeyd edək ki, hadisə Los-Ancelesin qərb hissəsində baş verib.

Portalın məlumatına görə, Coan Flikinqer adlı qadın 74 yaşlı aktyorun avtomobili çox sürətlə idarə etdiyini bildirib.

Bununla belə, nəşr hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Şvartseneggerin sürət həddini aşmadığını iddia edir.

Bundan əlavə, zərərçəkmiş xəstəxanaya aparılarkən “Terminator” ulduzu velosipedini götürərək təmir etdirilməsi üçün ən yaxın servis mərkəzinə aparıb.

Xatırladaq ki, 2022-ci ilin yanvarında aktyor daha bir qəza törədib. O, qırmızı işıqda keçib, dönən avtomobili vurub və daha iki maşına ziyan vurub. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR