İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur hava limanı SATIŞA ÇIXARILDI

935 26.12.2023 16:41 Region A A

Sabiha Gökçen Hava Limanının bütün idarəçilik hüquqlarına sahib olan Malayziya şirkəti "IC Holding" ilə tərəfdaşlıq üçün danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, "IC Holding" Sabiha Gökçen Hava Limanının bütün hissələrinə sahib olan "Malaysia Airports Holdings Berhad" (MAHB) ilə danışıqlar aparıb.

Mənbələrin məlumatına görə, danışıqlar hələ ilkin mərhələdədir və heç bir razılıq əldə olunmayıb. 

Xatırladaq ki, 34 milyon sərnişinə xidmət göstərən Sabiha Gökçen Hava Limanının ikinci uçuş-enmə zolağı dünən keçirilən mərasimlə istifadəyə verilib. Sabiha Gökçen sərnişin sayına görə Türkiyədə İstanbul Hava Limanı və Antalya Hava Limanından sonra üçüncü yerdədir.

Qeyd edək ki, İmrahim Çeçenin idarə heyətinin sədri olduğu "IC Holding" Antalya Hava Limanındakı 49 faiz payını 2018-ci ildə 360 milyon avroya "Tav Holding"ə satıb. "IC Holding" Kütahyada Zəfər Hava Limanını da idarə edir.

Məlumata görə, "GMR Qrup" və "Limak İnvestment"in səhmlərini satın alan MAHB Sabiha Gökçen Hava Limanının bütün hissələrinə sahibdir. Şirkət 2008-ci ildə Sabiha Gökçenin 20 illik əməliyyat hüququnu 1,9 milyard avroya alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR