İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbolçu onunla evləndi - FOTOLAR/VİDEO

773 07.07.2026 13:22 Şou-biznes A A

Moda və həyat tərzi ilə tanınan sosial media fenomeni Asena Atalar ilə "Qalatasaray"ın futbolçusu Ahmet Kutucu münasibətlərini evliliklə rəsmiləşdiriblər.

Musavat.com xəbər verir ki, cütlük İstanbulda yerləşən tarixi malikanələrdən birində möhtəşəm toy mərasimi təşkil edib.

İstanbul Boğazına açılan mənzərə fonunda keçirilən mərasimdə idman və sosial media dünyasının tanınmış simaları bir araya gəlib.

Toyda Ahmet Kutucunun "Qalatasaray"dakı komanda yoldaşları, idman ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Asena Ataların sosial media və əyləncə sektorundan olan yaxın dostları iştirak ediblər. Gecə ərzində emosional və yaddaqalan anlar yaşanıb.

Cütlüyün toy mərasimindən paylaşılan fotolar qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Musavat.com









Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR