İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbolçu Fransada qarət olundu

479 03.06.2024 22:01 Dünya A A

İngiltərənin "Tottenhem" klubunun futbolçusu İv Bissuma Fransanın Kann şəhərində qarət olunub.

27 yaşlı yarımmüdafiəçi bazar günü otelin yaxınlığında avtomobilindən düşərkən iki şəxsin hücumuna məruz qalıb.

Onlar Malidən olan oyunçunun 260000 funt sterlinq dəyərində qol saatını biləyindən qoparıblar. Həm də gözyaşardıcı qazdan istifadə ediblər.

Fransa polisi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bissuma və həyat yoldaşı bazar günü İngiltərəyə qayıdıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR