İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbolçu dəhşətli qəzaya düşdü: Qardaşı öldü

1145 10.05.2024 23:15 İdman A A

Nigeriya yığmasını sabiq futbolçusu, DÇ-1998-in iştirakçısı Ticani Babangida ölümlə nəticələnən qəzaya düşüb.

Referans.az xəbər verir ki, bu barədə “Afrik-Foot” məlumat yayıb.

Mayın 9-da Nigeriyada baş verən avtomobil qəzasında 50 yaşlı Ticaninin qardaşı, keçmiş futbolçu İbrahim Babangida həlak olub. Ticaninin özü və avtomobildə olan həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ticani Babangida 1996-cı ilin Olimpiya çempionudur, 1998-ci ildə Fransada keçirilən dünya çempionatında milli komandanın tərkibində çıxış edib və Danimarka millisi ilə 1/8 final oyununda (1:4) qol vurub. Ümumilikdə o, Nigeriya millisində 36 oyun keçirib və 5 qol vurub. “Ayaks”ın tərkibində 1997/98 mövsümündə Niderland çempionu olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR