İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyorun xəyanəti kameralara düşdü - VİDEO

1662 22.09.2022 18:25 Şou-biznes A A

Türkiyənin tanınmış kino aktyoru Güven Kıraç maqazin gündəminə bomba kimi düşüb.

Lent.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, dünən gecə məkanların birindən əsmər qadınla çıxarkən kameralara tuş gəlib.

Jurnalistlərin onu çəkdiyini görməyən 62 yaşlı aktyor özündən qat-qat cavan bir qadınla əl-ələ gedib, jurnalistlərin fərqinə varandan sonra qadının əlini buraxıb.

Bundan sonra onun dostları jurnalistlərdən onları çəkməməsini tələb edib.

Video sosial şəbəkələrdə sürətlə yayılıb və G. Kıraçın həyat yoldaşına xəyanət etməsi qızğın müzakirələrə səbəb olub. Hətta Güvenlə Başakın arasının pis olduğu iddiaları da yayılıb.

Xatırladaq ki, Güven Kıraçın birinci evliliyi 1999-2010-cu illər arasında davam edib. Boşanan kimi ikinci həyat yoldaşı Başak Kıraçla evlənib.

Qeyd edək ki, aktyor "Duvara karşı", "Müslüm", "Gönül yarası", "Masumiyet", "Gemide" kimi filmlərdə və seriallarda yaddaqalan obrazlar yaradıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR