İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor 87 yaşında VƏFAT ETDİ - FOTO

674 27.02.2024 12:10 Dünya A A

Amerikalı aktyor Çarlz Dirkop vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Hollywood Reporter" mərhumun qızı Linnə istinadən məlumat yayıb.

Qeyd olunub ki, aktyor 87 yaşında dünyasını dəyişib.

"Dirkop bazar günü "Şerman-Ouks" Xəstəxanasında infarkt və sətəlcəm xəstəliyindən sonra vəfat etdi", - deyə nəşr yazır.

Məlumata görə, Çarlz Dirkop 11 sentyabr 1936-cı ildə Viskonsin ştatının La Krosse şəhərində anadan olub.

 O, 16 yaşında orta məktəbi yarımçıq qoyub, Birləşmiş Ştatların Dəniz Piyadaları Korpusuna yazılaraq Koreya müharibəsinə yollanıb.

Aktyorluq karyerası ərzində Dirkop 120-dən çox layihədə rol alıb.

Onların arasında "Star Trek", "Butch Cassidy and the Sundance Kid" (1969), "The Sting" (1973) və "James Dean" (2001) var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR