İnsanlara hürriyət, millətlərə istiqlal!

Mesajlarınız xüsusi xidmət orqanları tərəfindən bu cür oxuna bilər-Mark Zukerberqdən SENSASİON AÇIQLAMA

715 11.01.2025 12:06 Dünya A A

Meta şirkətinin qurucusu Mark Zukerberq xüsusi xidmətlərin messencerlərdə mesajları oxumaq üçün müxtəlif üsullardan istifadə edə biləcəyini açıqlayıb. O, bu prosesə qarşı bəzi qorunma üsullarını da izah edib.

Musavat.com xəbər verir ki, Zukerberq podkast aparıcısı Co Roqanın "Signal" messencerinin mümkün izlənməsi ilə bağlı sualına cavab verib. Roqan aparıcı Taker Karlsonun ABŞ xüsusi xidmət orqanlarının onun "Signal" üzərindən Putinə müsahibə planlarını öyrəndiyi barədə bəyanatını xatırladıb.

Zukerberq bu iddiaya şübhə ilə yanaşıb:
"Düşünmürəm ki, onlar "Signal"ı sındırıblar, çünki bu messencerin şifrələmə sistemi çox güclüdür. "Signal" və "Whatsapp" eyni açıq şifrələmə standartını istifadə edir. Ancaq kimsə sizin telefonu sındırıb oradakı məlumatları oxuya bilər," – deyə o bildirib.

O vurğulayıb ki, WhatsApp-da göndərilən mesajların məzmununa hətta Meta-nın serverləri də daxil ola bilmir:
"Meta-nın serverləri mesaj məzmununu görə bilmir. Hətta serverlərimizə hücum olunsa belə, mesajlar görünməz qalır. Məhz buna görə də biz şifrələmədən istifadə edirik".

Lakin Zukerberq əlavə edib ki, xüsusi xidmətlərin telefonların özünü sındırmaq üçün çox sayda üsulu var. Onun sözlərinə görə, telefon sındırıldıqda, heç bir şifrələmə sisteminin qoruyucu təsiri qalmır.
"Məsələn, NSA və ya Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) kimi qurumların bunu edə biləcək çoxlu yolları var," – deyə o qeyd edib və istifadəçilərə mesajları müntəzəm silməyi tövsiyə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR