İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın faiz azaltma siyasəti banklarda əks prosesə səbəb olur – Millət vəkili

803 10.01.2024 12:01 İqtisadiyyat A A

2023-cü ilin noyabr ayından başlayaraq Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya getdi.

Musavat.com-un xəbərinə görə, İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, adətən Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir:

“Azərbaycan Mərkəzi Bankın uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra əksinə, depozit faizlərində artım müşahidə olunmaqdadır. Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımindan müsbət olsa da beləƏ unutmaq lazım deyil ki, bu, banklarda daha bahalı borclanma və təbii ki, daha yüksək kredit faizlərinə səbəb olur. Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil”.

Millət vəkili hesab edir ki, depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsir edib:

“Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq

M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bu arada Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalma qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın “faiz azalma siyasəti“ hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunmaqdadır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR