İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeşli fotoqraf: “İstərdim ki, Azərbaycanı, Bakı şəhərini dünyada daha çox tanısınlar, çünki... “ – Fotolar  

970 26.05.2022 14:56 Mədəniyyət A A

Bakıda fotosərgisi açılan tanınmış mərakeşli fotoqraf Məhəmməd Tazi Musavat.com-un suallarını cavablandırıb. Fotoqraf Azərbaycanla bağlı təəssüratlarını bölüşərkən qeyd edib:

 “İlk dəfədir ki, Bakıdayam. Burada olmaq mənim üçün çox böyük şərəfdir. Belə bir gözəl ölkədə sərgimin açılmasından çox şadam”. 

- Buna qədər dünyanın hansı ölkələrində sərgiləriniz keçirilib?

- Avropada, Afrikada sərgilərim keçirilib. Lakin daha çox Mərakeşdə sərgilərim olub. Həmçinin Asiyada da keçirilən müxtəlif konkurslarda iştirak etmişəm.

 - Fotolarınızın mövzusu daha çox nədən ibarətdir?

- Məni daha çox təbiət, vəhşi heyvanlar maraqlandırır. Saxarada çox olmuşam, bu baxımdan işlərimdə bu mövzu da daha çox üstünlük təşkil edir.

Ümumilikdə isə hansısa süjetə bağlı deyiləm. Yəni arxitekturanı, təbiəti, həmçinin portreti də sevirəm. Düşünürəm ki, yaxşı fotoqraf hər bir mövzunu işləməli, bacarmalıdır?

- Bakı ilə bağlı ilk təəssüratlarınız necədir?

- Bu şəhərə, onun arxitekturasını yaradanlara alqışlar! Binalar çox gözəl üslubda, zövqlə, möhtəşəm şəkildə tikilib. Çox istərdim ki, bu gözəl şəhəri daha çox görüm, mənzərələri ilə tanış olum. Cəmi iki gündür ki, Bakıdayam, lakin bu vaxta qədər gördüklərim möhtəşəmdir. Bakıya gəlməmişdən əvvəl bu şəhəri fotolarda görmüşdüm. Lakin fotolarda gördüklərim ilə real şəhər görüntüləri çox fərqlidir. Reallıqda Bakı daha gözəldir.

 - Azərbaycan, Bakı ilə bağlı nələri öz kameranızın yaddaşına salmağı düşünürsünüz?

 - Qeyd etdiyim kimi, bütün mövzuları sevirəm. Lakin daha çox memarlıq mövzusu xoşuma gəlir. Bu baxımdan Azərbaycanda qədim və müasir memarlığın qarışıqlığı mənim diqqətimi çox çəkdi. İstərdim ki, Azərbaycanı, Bakı şəhərini dünyada daha çox tanısınlar. Çünki bu ölkə həqiqətən çox gözəldir. Mərakeşin Azərbaycandakı səfiri də çox istəyir ki, Azərbaycanla bağlı fotosərgi Mərakeşdə nümayiş olunsun.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR