İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmmədovlar birləşib evin bütün qızıllarını apardılar FOTO

1103 09.05.2022 12:30 Kriminal A A

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Göygöl rayon sakinləri Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

F. Məmmədov və İ. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR