İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan məsləhət gördü - Meloni yerinə yetirdi - VİDEO

1128 17.06.2026 11:04 Dünya A A

İtaliyanın baş naziri Corcia Meloni Fransada keçirilən "Böyük Yeddilik" (G7) sammitinin kulisində digər liderlərə bir ay əvvəl siqareti tərgitdiyini bildirib.

Musavat.com xəbər verir ki, həmkarları ilə qeyri-rəsmi söhbəti zamanı Meloni qəhvə içmək istədiyini deyib.

Cavabında isə Almaniya kansleri Fridrix Merts zarafatla ondan siqaret də istəyib-istəmədiyini soruşub.

"Yox, mən tərgitmişəm", – deyə Meloni cavab verib.

Bu sözlərdən sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "bravo" deyərək reaksiya verib, digər siyasətçilər də alqışlayıblar.

Xatırladaq ki, ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Meloniyə siqareti tərgitməyi məsləhət görmüşdü.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR