Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) futbol üzrə dünya çempionatında (DÇ-2026) iyunun 16-da qeydə alınan rekord göstəricilər barədə məlumat yayıb.
Ali futbol təşkilatının açıqladığı rəqəmlərə əsasən, həmin gün Şimali Amerikada baş tutan görüşləri 281 min azarkeş stadiondan izləyib. Bu da mundiallar tarixində bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.
Tarixi nəticə yarışın altıncı günündə - ABŞ-nin bir neçə şəhərində qrup mərhələsinin oyunları keçirilərkən qeydə alınıb. Həmin görüşlərə Kanzas-Sitidə Argentina - Əlcəzair (3:0), eləcə də Foksboroda Norveç - İraq (4:1), İst-Ruterfordda Fransa - Seneqal (3:1), həmçinin Kanzas-Sitidə Avstriya - İordaniya (3:1) matçları daxildir.
Qeyd edək ki, dünya çempionatı ilk dəfə olaraq üç ölkədə - ABŞ, Kanada və Meksikada 48 milli komandanın iştirakı ilə keçirilir. Turnirə iyulun 19-da yekun vurulacaq.//Oxu.az






