İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli qıza zorakılıq edib videoya çəkənlər haqda qərar verildi

2406 29.08.2022 11:01 Kriminal A A

Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Onun sözlərinə görə, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, Bərdədə bir kəndi ayağa qaldıran xoşagəlməz hadisə baş verib.

Belə ki, 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar.

Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.

Bununla yanaşı, hadisədən hiddətlənən kənd sakinləri də həmin şəxslərin cəzalandırılmasını tələb edir.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR