İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Rusiyaya PUA-lar göndərən iş adamı barədə QƏRAR VERDİ

790 07.03.2024 16:58 Dünya A A

Finlandiya məhkəməsi Rusiyaya qarşı sanksiyaları pozduğuna görə iş adamı Qabriel Teminə hökm çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Sankt-Peterburqa pilotsuz təyyarələr və ikili təyinatlı mallar idxal edən şəxs 9 aylıq şərti cəza alıb.

Məlumata görə, iş adamı Fransa vətəndaşıdır və Finlandiyanın "Luminor" və "Siberica" logistika şirkətlərinin icraçı direktorudur. O, hələ 2023-cü ilin sentyabrında Finlandiyada həbs edilib.

Finlandiya hüquq-mühafizə orqanlarının məlumatına görə, 2022 və 2023-cü illərdə iş adamının şirkətləri Almaniyadan Sankt-Peterburqa ikili təyinatlı mallar idxal edib, ixrac bəyannaməsində isə təyinat yeri kimi Qazaxıstan göstərilib. Məhkəmə bu faktı sübuta yetirib. İttiham tərəfinin fikrincə, iş adamının şirkətləri Tayvanda alınmış, dəyəri 400 min avro olan pilotsuz təyyarələri zərərsizləşdirmək üçün aparatları da Rusiya ərazisindən keçirib. Lakin bu cihazların Rusiyaya çatdırılması faktı sübuta yetirilməyib.

Məhkəmə şirkətlərin fəaliyyətindən əldə edilən bütün gəlirlərin dövlətin xeyrinə müsadirə edilməsinə qərar verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR