İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevin oğluna da sanksiya tətbiq edildi

597 19.12.2023 20:43 Dünya A A

AB yeni sanksiyalar paketi çərçivəsində 61 fiziki və 86 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.

Musavat.com axar.az-a istinadən bildirir ki, siyahı AB-nin rəsmi saytında dərc olunub.

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyevin oğlu İlya, müharibə veteranlarına və bu müharibədə həlak olanların yaxınlarına dəstək verən "Vətənin müdafiəçiləri" dövlət fondunun rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin yaxın qohumu Anna Tsivileva da sanksiyalara məruz qalıb. Fondun özünə də məhdudiyyətlər qoyulub.

Sanksiya siyahısına "Rosfinmonitorinq" və onun rəhbəri Yuri Çixançin, Rusiya Mərkəzi Seçki Komissiyasının 14 üzvü və Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov da daxil edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR