İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevdən Avropaya nöqtəli söyüşlər: “Axmaqlar, acizlər...”

1339 15.03.2024 14:35 Dünya A A

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev avropalı siyasətçilərin 1916-1917-ci illərdə saxlanmaq üçün bu Rıminiyanın hakimiyyət orqanları tərəfindən verilmiş qızıl ehtiyatlarını və mədəni sərvətləri geri qaytarmaq tələbinə cavab olaraq deyib ki, onlara yalnız söyüşlə cavab vermək olar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Medvedyevin bu barədə müvafiq yazısı siyasətçinin VKontakte səhifəsində dərc edilib.

“Avropa İttifaqı Rusiyadan 300 milyard dollar dəyərində aktiv oğurlayıb və Rumıniyanın qızıllarının geri qaytarılmasını istəyir. Rusca deyəcək bir şey yoxdur, ancaq onlara söyüşlə cavab vermək olar”, - Medvedyev yazıb və nəzərdə tutduğu söyüşün bir hissəsini nöqtələrlə ifadə edərək mətnə əlavə edib.

O, həmçinin Avropa liderlərini yenidən "ac axmaqlar”, “acizlər,” “heç kimlər" adlandırıb.

Xatırladaq ki, bu günlərdə Avropa Parlamenti Moskvadan 1916-1917-ci illərdə Rusiya imperiyasına ixrac edilən qızılları Rumıniyaya qaytarmağı tələb edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu tələbə cavab olaraq bildirib ki, Rusiya artıq qiymətli əşyaların bir qismini geri qaytarıb, həmçinin II dünya müharibəsi zamanı yaranan “bəla və dağıntılara” görə Buxarestin, demək olar ki, bütün borcunu bağışlayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR