İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev yenə “raket-raket” oynayır

932 18.05.2024 11:32 Dünya A A

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli raketlər göndərdiyi zaman “sanitariya zonası”nın sərhədlərinin harda ola biləcəyini təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Medvedyev xatırladıb ki, Kiyevin aldığı SCALP-EG raketləri ən azı 550 kilometr təsir məsafəsinə malikdir. Rusiyanın yaşayış məntəqələrinin yerləşdiyi ərazilərin təhlükəsizliyini təmin etmək üçün bu məsafəni aşan bir sanitar zona təyin etmək lazımdır. Medvedyev etiraf edib ki, onun sərhədləri Polşa ərazisindən keçəcək.

“Bu belə davam edərsə, zəmanətli sanitar zona Polşa ilə sərhəddə olacaq. Və ya artıq Polşanın özündə. Bu isə çox təhlükəlidir”, - o qeyd edib.

Təhlükəsizlik Şurası sədrinin müavini Qərb liderlərini Ukraynaya verilən silahların zərbələrinin “mənzilini yaxşı hesablamağa” çağırıb.

Medvedyevin bu sözlərinin mənası odur ki, Rusiya özünü raketdən qorumaq üçün Polşanı tutmalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR