İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedçuk Ukrayna torpaqlarına yiyələnir

1633 22.12.2023 18:19 Dünya A A

2022-ci ilin sentyabrında məhbus mübadiləsindən sonra Moskvada yaşayan keçmiş ukraynalı deputat Viktor Medvedçuk Rusiyada və Ukraynanın Moskvanın nəzarətində olan ərazilərində əmlakın yenidən bölüşdürülməsi ilə məşğuldur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı “Sistema”nın jurnalistləri xüsusi araşdırma aparıblar.

Məlumatlara əsasən, medianın Putinin xaç atası adlandırdığı Medvedçuk iri dövlət şirkətlərinin və Rusiya təhlükəsizlik qüvvələrinin vasitəçiliyi ilə neft sənayesi, iri daşınmaz əmlak və metallurgiyadakı aktivləri ələ keçirir.

Araşdırmaçılar Medvedçukun adını İrkutsk vilayətində “Dulisma” və Xantı-Mansi Muxtar Dairəsində “Kayum Oil” neft şirkətinin ələ keçirilməsi ilə əlaqələndirirlər. “Sistema” Medvedçukun digər gəlir mənbəyi kimi Donetsk metallurgiya zavodunu göstərib.

Ukraynada genişmiqyaslı müharibə başlamazdan bir müddət əvvəl regionda kömür ixracına nəzarət Moskvada yaşayan ukraynalı iş adamı Sergey Kurçenkodan Medvedçuka bağlı “Donskiye uqoli” adlı şirkətə keçib. Bundan başqa, Medvedçuk kömür, koks, çuğun və poladın daşınması ilə məşğul olan “Florensiya” şirkətinə nəzarət edir. 2023-cü ilin oktyabrında Medvedçuka yaxın adamlardan bir nəfər Sənaye İnnovasiyaları şirkətinin ortaq sahibi oldu. Eyni adlı şirkət regionun ən böyük dəmir filizi istehsalçılarından biri olan Zaporojye vilayətindəki “Dneprorudnenski” dəmir filizi zavodunu idarə edir. Bütün bunlardan “Sistema”nın jurnalistləri belə nəticəyə gəlirlər ki, Medvedçuk Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi artıq kənarlaşdırmağa və “Donbas iqtisadiyyatının yeni benefisiarına” çevrilməyə nail olub.

Medvedçuk və onun ailəsinin “Sistema”nın yazdığı kimi, Moskvada da maraqları var. 2021-ci ilin əvvəlində Medvedçuk ilə əlaqəli bir şirkət Moskva Sitidə 500 milyon rubla yer aldı. Medvedçukun həyat yoldaşı Oksana Marçenko Lujnetskaya sahilində 5 hektar və Moskvada keçmiş ZİL zavodunun yanında 4 hektar torpaq sahəsinin sahibi olub. Həmin ərazilər Rusiya Müdafiə Nazirliyi və Roskosmos üçün kriogen sistemlər hazırlayan Moskva “Gelimaş” müəssisəsinə məxsus imiş.

Viktor Medvedçuk uzun müddət Ukraynanın ən nüfuzlu siyasətçilərindən biri hesab olunub. O, ikinci prezident Leonid Kuçmanın administrasiyasına rəhbərlik edib, 4 çağırış Ali Radanın deputatı seçilib, iki dəfə isə onun sədr müavini olub. Rusiya-Ukrayna Medvedçuk “Həyat naminə Müxalifət Platforması” partiyasına rəhbərlik edib və bir neçə dəfə Vladimir Putinlə görüşüb. 2021-ci ildə Ukrayna xüsusi xidmət orqanları onu vətənə xəyanətdə ittiham edərək ev dustaqlığına göndəriblər.

Rusların işğalından sonra Medvedçuk ev dustaqlığından qaçıb. 2022-ci ilin aprelində o, yenidən saxlanılıb və həmin ilin sentyabrında 200-dən çox ukraynalı hərbi əsir “Azovstal”ın müdafiəçiləri ilə dəyişdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR