İnsanlara hürriyət, millətlərə istiqlal!

Media nümayəndələri İngiltərədə “Poz-Qazan” biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEO

738 14.12.2022 12:55 Yazarlar A A

Nümayəndə heyəti "Scientific Games"in Lidsdəki fabrikində “Poz-Qazan” biletlərinin hazırlanması və çap prosesi ilə tanış olub.

“Azərlotereya”nın təşkilatçılığı ilə London səfərimiz barədə ilk reportajımızda səfərimizin əsas mahiyyəti barədə daha ətraflı yazımızın olacağı anonsunu vermişdik.

Səfərimizdə əsas məqsəd Azərbaycanın bir qrup media nümayəndələri olaraq “Azərlotereya” ASC ani lotereyaların çap olunduğu "Scientific Games" şirkətinin İngiltərənin Lids şəhərindəki fabriki ilə tanış olmaq, lotereyaların hazırlanma prosesini izləmək idi.

85163d40-790a-4c74-8683-4712a5bbe526.jpg (242 KB)

Öncə ondan başlayaq ki, Lids şəhərinə Londondan avtobusla 5 saatlıq yol qət etdikdən sonra çatdıq. Fabrikdə bizi mehriban, gülərüz heyət qarşıladı. İlkin tanışlıqdan sonra təqdimat mərasimi başladı və slaydlarla izahlı şəkildə prosesi nəzəri olaraq bizlərə göstərdilər. 

Burada lotereya biletləri müasir texnoloji avadanlıqlarla Dünya Lotereyalar Assosiasiyasının standartlarına uyğun şəkildə və insan müdaxiləsi olmadan hazırlanır. Hər addımda yoxlanış, xüsusi yerlərə girişin qadağan olması məsələnin ciddiliyindən xəbər verir. Yüksək məxfilik şəraitində qurulan iş prosesini öz üzərimizdə hiss edirik.

3e3c78da-2de8-4c94-8f0e-8de055f0ab1a.jpg (266 KB)

Təqdimat əsnasında səfərdə iştirak edən jurnalistlər onları maraqlandıran suallara cavab tapıblar. Təqdimatdan sonra 3 qrupa bölünərək, fabrikin içərisinə, çap maşınlarının olduğu sexə daxil oluruq. Burada foto-video çəkilişlərinə icazə verilmədiyindən, çəkiliş yalnız təşkilatçılar tərəfindən aparılır. Bu çəkilişlər əsasında hazırlanan süjeti sizlərə təqdim edirik.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu “Scientific Games”in lotereya sənayesi sahəsində öncül şirkətlərdən olduğunu vurğulayıb: “Azərlotereya” olaraq fəaliyyətimizi operativlik, şəffaflıq, təhlükəsizlik, güvən və “Məsuliyyətli Oyun” prinsipləri ilə reallaşdırırıq. Bu məqsədlə dünyanın öndə gələn şirkətlərindən – sahəsində lider olan "Scientific Games"lə əməkdaşlıq edirik. 

“Azərlotereya” ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən "Scientific Games"in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Kevin Anderson məmnunluğunu gizlətməyib: “Azərlotereya” ilə sıx əməkdaşlıq edirik - “Poz-Qazan” ani lotereyaları, bizim texniki dəstəyimizlə təşkil olunan tirajlı lotereyalar, virtual mühitdə oynanılan ani lotereyalar və idman mərc oyunları. Biz bu əməkdaşlıqdan məmnunuq. Şirkətlərimiz arasında əməkdaşlıq səviyyəsi möhtəşəmdir”.

5c23da6e-634d-43c5-9b4b-ca4559afc0b5.jpg (240 KB)

Fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanan “Azərlotereya” ASC qlobal lotereya sənayesində önəmli yer tutan "Scientific Games"lə əməkdaşlıq edir. Lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1973-ci ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Şirkət 50-dən çox ölkə üzrə 130-dan çox lotereya təşkilatçısı ilə əməkdaşlıq edir. “Azərlotereya” ASC-nin bütün ani lotereya biletləri şirkətin Böyük Britaniyada  yerləşən fabrikində dizayn və çap edilir.

8acd0687-9d37-4989-b821-922de7f23e48.jpg (149 KB)

Qeyd edək ki, “Azərlotereya” ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasının (EL) üzvüdür.

Fabrikə ekskursiyamız axşam saatları bitir və biz Lids yaxınlığındakı tarixi və gözəl York şəhərinə yola düşürük. Burada gecələyib, sabahısı gün York şəhərini qədim mərkəzi hissəsini gəzəcəyik.

 48054324-a2d5-4f43-8600-c25947176ea4.jpg (362 KB)

b437d5a0-83c2-4fa0-8c8e-04e91f7dc2e7.jpg (261 KB)

41a5ac95-967b-469c-8df6-8761c0ebedb2.jpg (132 KB)

1b854867-2571-4ac9-bb71-a626d199cf54.jpg (270 KB)

05515574-299b-4ab3-8131-812c8e478496.jpg (297 KB)

Ələsgər Süleymanov,
“Yeni Müsavat” Media Qrupunun Baş direktoru,
“Medianews.az” saytının təsisçisi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR