İnsanlara hürriyət, millətlərə istiqlal!

Maya Sandu: Avropa Birliyinə Dnestryanı olmadan da girərik

647 28.12.2023 18:37 Dünya A A

Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı referendum Dnestryanı ərazisində təşkil edilə bilməz, çünki bu bölgə Moldova hakimiyyəti tərəfindən idarə olunmur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Rumıniyanın “Veridica” qəzetinə müsahibəsində deyib.

"Dnestryanı bölgənin ərazisində seçki məntəqələri açıla bilməz, çünki bu ərazi konstitusiya orqanları tərəfindən idarə olunmur", - Sandu bildirib. O qeyd edib ki, Dnestr çayının sol sahilinin sakinləri sağ sahildəki seçki məntəqələrinə gəlib səs verə bilərlər.

Sandu 2022-ci ilin martında Moldovanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Bir neçə ay sonra isə rəsmi Kişinyov Aİ üzvlüyünə namizəd statusu alıb. 2023-cü il dekabrın 14-də iki günlük sammitdən sonra Avropa Şurası Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq qərarına gəlib.

Dekabrın 24-də Maya Sandu parlamentdən 2024-cü ilin payızında Aİ-yə üzvlüklə bağlı milli referendum keçirməyi xahiş edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR