İnsanlara hürriyət, millətlərə istiqlal!

Maska taxaraq uşaqları qorxudan bağça müəllimələri sərt şəkildə CƏZALANDIRILDI VİDEO

1323 22.10.2022 03:00 Hadisə A A

ABŞ-ın Missisipi ştatında uşaq bağçasında çəkilən görüntülər sosial medianın gündəmini zəbt edib.

Musavat.com xəbər verir ki, "Halloween" bayramını qeyd etmək üçün Scream (Qışqırıq) maskası taxaraq kiçik uşaqları qorxudan və bu anları sosial şəbəkədə paylaşan körpələr evi işçilərinin cəzası açıqlanıb.

Uşaq bağçasının işçiləri S.M., O.K., J.N. və S.S-nin hər birinin uşaqlara qarşı kobudluq və zorakılıq ittihamı ilə həbs cəzası alacağı gözlənilir. Onların hər birinin 10 ilə qədər həbs olunacağı gözlənilir.

mğr2

Uşaq bağçasının sahibi Şeyla Sanders yerli mediaya açıqlamasında sosial mediada yayılan videonu görəndə hadisədən xəbər tutduğunu və hadisədə iştirak edən bütün qadınları işdən çıxardığını da əlavə edib. Körpələr evi işçiləri işdən çıxarıldıqdan sonra valideynlərin ona dəstək olduğunu ifadə edən Sanders, bu vəziyyətin uşaqlara verdiyi travmaya görə üzr istəyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR